Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

14:55 | 21 Oktyabr, 2019
“Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”.
bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.
“Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər.
  //APA