Səbinə Amerikaya ərinin yanına köçdü – FOTO

21:16 | 22 Oktyabr, 2019

Əməkdar artist Səbinə Babayeva Amerikaya gedib.

Editor.az axşam.az-a istinadən bildirir ki, müğənninin rejissor əri Cavidan Şərifov uzun müddətdir ABŞ-dadır. Hətta onun okeanın o tayına köçməsi xəbəri də yayılmışdı. Ancaq Cavidan daha sonra xəbərin yalan olduğunu bildirmiş, işi ilə əlaqədar ora getdiyini qeyd etmişdi.

S.Babayeva isə ötən gecə İnstaqramında canlı yayıma girərək ABŞ-da olduğunu vurğulayıb. O, Nyu-Yorkun əkiz qüllələrinin yerləşdiyi yerdə olub.

Qeyd edək ki, Səbinə və Cavidan cütlüyünün bir övladı var.

Mövzunu Facebookda şərh et