Bakıda “ağ ölüm” yayan narkotacir tutuldu – FOTOLARbackend

Bakıda “ağ ölüm” yayan narkotacir tutuldu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Hacıqabul rayonunda qeydiyyatda olan İlham Rzayev saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, İ.Rzayevin Maştağa qəsəbəsində yaşadığı evə baxış keçirilib.
Oradan isə əlavə olaraq satış üçün hazır qablaşdırılmış formada 5 kiloqram 015 qram heroin, 1 kiloqram 145 qram psixotrop maddə metamfetamin, 805 qram narkotik vasitə tiryək və 388 ədəd çəkisi 15,52 qram olan metadon (F M40) həbləri aşkar edilərək götürülüb.
Ümumilikdə Baş İdarə tərəfindən qanunsuz dövriyyədən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Araşdırma zamanı saxlanılan şəxsin Sabunçu və paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əsas narkotacirlərdən biri olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.