Prezident İlham Əliyev Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin etdi

15:33 | 23 Oktyabr, 2019

Prezident İlham Əliyev M.Ç.Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilsin.

Azertac

Diaspora.az