Prezident Kərəm Həsənovu işdən çıxartdı

15:53 | 23 Oktyabr, 2019

Azərbaycan Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi haqqında fərman imzalayıb.

beləliklə Əmlak Məsələləri Dövlət Komitəsi müstəqil qurum kimi ləğv olunub. Beləliklə qurumun sədri Kərəm Həsənov da işdən azad edilmiş sayılır.

Onun səlahiyyətlərini İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərəcək əmlak məsələləri üzrə qurumda təmsil olunub-olunmayayacağı haqqında sərəncam yoxdur.

Qeyd edək ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirəcəklər.

Prezident İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini hazırlamaq üçün Nazirlər Kabinetinə 2 ay vaxt verib.