Kərəm Həsənov da vəzifəsini itirdi

16:13 | 23 Oktyabr, 2019

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Editor.az-ın verdiyi xəbərə görə, bununla da ƏMDK rəhbəri Kərəm Həsənov komitə sədri kimi vəzifəsini itirib. O, 2009-cu ildən bu vəzifəni icra edirdi.

Onun İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək bu alt-qurumda işləyib-işləməyəcəyi bəlli deyil.