Azərbaycanda mikroavtobus qəzaya düşdü – ölən və yaralananlar var

17:23 | 23 Oktyabr, 2019

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən sərnişin mikroavtobusu ilə toqquşub.

Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin yaralandığı bildirilir.