Ləğv olunan iki dövlət qurumunun rəhbəri kimdir?

18:14 | 23 Oktyabr, 2019
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Beləliklə, Nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.
Vergilər Nazirliyinə 2017-ci ildən indiyədək Mikayıl Cabbarov başçılıq edirdi. O, Prezidentin sərəncamı ilə bu gün İqtisadiyyat naziri təyin edilib.
İqtisadiyyat Nazirliyinə birləşdirilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi isə Zahid İsayevdir.
Kərəm Həsənov və Zahid İsayevin İqtisadiyyat Nazirliyinin tabelində Xidmət rəhbəri kimi işləyib-işləməyəcəyi bilinmir.
Diaspora.az