backend

Barəsində cinayət işi açılan çempion – " O jurnalisti tapıb, başa salacam"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Boks üzrə dünya çempionu Elvin Məmişzadə jurnalistləri hədələyib.
Editor.az Ölkə.Az-a istinadən xəbər verir ki, idmançı bildirib ki, onun gecə klubunda qadına hücum etməsi məsələsini jurnalistlər şişirdiblər.
İdmançı bildirib ki, onun haqında yanlış məlumat yazan jurnalisti axtarıb tapacaq: “Bu söhbəti jurnalistlər böyüdüb. Hər şeyi şişirdən jurnalistlər oldu. O jurnalist də kimdirsə, tapacam. Ortada heç bir xəsarət yoxdur. Hansısa jurnalistin uydurmasıdır. Nömrəsinə yazdım ki, yanlış məlumatdır, onu saytdan çıxar. Mənə yazdı ki, məhkəməyə ver. Bu işdən sonra başım açılsın. Onu məhkəməyə vermək mənə yaraşmaz, kişilikdən deyil. Mən işverən deyiləm. Söhbət edib başa salacam ki, ortada belə bir şey yoxdur. Onu məhkəməyə verib uda da bilərəm. Amma sözlə başa salacam.
Yazıblar ki, dəbdəbəli həyat sürürəm. Onu yazanları da tapacam. A kişi, mən “Niva” sürürəm. Orada yalandan şəkillər qoyublar. Məni gecə klubunda görüblər ki, yazırlar? Elə bil mən general balasıyam”.
E. Məmişzadə bildirib ki, vurduğu qadın onun sevgilisi olmayıb: “Qadın qələt edir, sevmək söhbəti yoxdur. Belə pis çıxmasın. Mən yüz qız tanıyıram. Hamısıyla sevgiliyəm? Qadın şikayətini çoxdan geri götürüb”.
Xatırdalaq ki, boks üzrə dünya çempionu Elvin Məmişzadəyə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Z.Orucova soyadlı soyadlı gənc qadın Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 16-da, saat 4:00 radələrində gecə klublarından birində olarkən tanışı Elvin Məmişzadənin onu başından vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını bildirib.