“Mançester Siti” 3, “Çelsi” 4 qolla qalib gəldi

04:25 | 27 Oktyabr, 2019

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları davam edir.

Qol.az xəbər verir ki, turun  5 görüşü şənbə günü keçirilib.

“Mançester Siti” “Aston Villa”nı qəbul edib və darmadağınla qalib gəlib. “Çelsi” isə “Bernli” səfərində inamlı qələbəyə sevinib.


26 oktyabr

“Mançester Siti” – “Aston Villa” – 3:0
Qol
: Sterlinq, 46. D.Silva, 65. İ.Gündoğan, 70.

“Brayton” – “Everton” – 3:2
Qol:
 Qross, 15. Maupay, 80. Din, 90+4-avtoqol – Vebster, 20-öz qapısına. Levin, 74.

“Uotford” – “Bornmut” – 0:0

“Vest Hem – Şeffild Yunayted 1:1
Qol:
 Snodqrass, 44 – Mousset, 69.

Bernli – Çelsi 2:4
Qol
: X.Rodriqes, 86. Maknil, 89 – Pulişiç, 21; 45; 56. Villian, 58.

Qeyd edək ki, turnir cədvəlinə 25 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 22 xalla 2-ci, “Lester” 20 xalla 3-cüdür.

Mövzunu Facebookda şərh et