backend

Mingəçevir su anbarında 36 yaşlı kişinin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Editor.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxarıblar. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.