Səhiyyə Nazirliyindən avtomobillə vurulan Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı RƏSMİ açıqlama

13:44 | 30 Oktyabr, 2019

Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib.

Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.

Editor.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:

“Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan “City Hospital”a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.

Mövzunu Facebookda şərh et