“Azərbaycandakı həmin marginallaşmış qruplar da Ermənistanla eyni mövqedən çıxış edir” — Azay Quliyev

01:05 | 31 Oktyabr, 2019
“Təəssüflər olsun ki, bu gün Azərbaycanda marginallaşmış bir qrup insan var və onlar ölkəmizin milli maraqlarına qəsd edirlər”.

Bunu millət vəkili, Prezident yanında QHT Şurasının  rəhbəri Azay Quliyev radikal müxalifətin ölkədə ictimai-siyasi sabitliyi pozmaq  cəhdləri  və icazəsiz mitin keçirməsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu marginallaşmış qrup Azərbaycan dövlətinin atdığı bütün pozitiv addımları, təşəbbüsləri məhv etmək istəyirlər: “Nə olur olsun, Azərbaycanın adı mənfi siyahıda olsun, imicinə zərbə dəysin, iğtişaş olsun, Azərbaycanla bağlı  müsbət addım atılmasın. Təəssüflər olsun ki, bu cür marginallaşmış insanların fəlsəfəsi, dünya görüşü və  günədlik  fəaliyyəti bundan ibarətdir. Bundan çox üzülürəm”.

Millət vəkili  hesab edir ki, bu qrup insanlar artıq reallıq hisslərini itiriblər: “Azərbaycanda baş verən hadisələrə çox  vicdansızcasına, alçaqcasına böhtan yağdırırlar. Bu gün dünyada Azərbaycanın  Qoşulmama Hərəkatına  rəhbərlik etməsinə qarşı ancaq Ermənistan çıxdı.  Ermənistan bu gün çox böyük təlaş içindədir. Onlar Azərbaycanın belə bir ciddi beynəlxalq tribuna əldə etməsində ciddi narahatçılıq keçirir. Bu gün təssüflər olsun ki, Azərbaycandakı həmin marginallaşmış qruplar da Ermənistanla eyni mövqedən çıxış edir və sanki onlar fəaliyyətlərini sinxronlaşdırırlar. Azərbaycan əleyhinə olan  düşmən dövlətlə eyni mövqedən çıxış edirlər. Mən bundan bir vətəndaş olaraq çox  üzülürəm. Düşünürəm ki, bu insanlar dövlət,  ölkə, cəmiyyət  üçün bu qədər  böyük əhəmiyyət kəsb edən   məsələlərə belə acımasız davranırlar. Dövlət sütünlarını laxlatmağa çalışırlar.  Adam deməyə söz tapa bilmir. Ona görə də  onların sözlərinə fikir vermək lazım deyil. Onların fikrilərini işıqlandırmağa ehtiyac yoxdur. Onlar özləri üçün bir virtual  aləmdə xəyallar qurublar  və qoy  bu xəyallarında yaşamaqda davam etsinlər.  Azərbaycan öz yolu ilə gedir, müəyyənləşdirdiyi kursu həyata keçirir. Dövlətmizin beynəlxalq aləmdə qüdrəti, nüfuzu artır. Kimin nə deməsindən və istəməsindən asılı olmayaraq,  bu gün Azərbaycan dünyada ən etibar olunası 3-5 ölkədən biridir. Beynəlxalq etimad ən yüksək səviyyədədir”.

//olke.az

Mövzunu Facebookda şərh et