Türkiyə futbolunda biabırçı olay: klub nümayəndəsini iclas zamanı döydülər – VİDEO

11:59 | 1 Noyabr, 2019

Türkiyə Super Liqa təmsilçisi “Ankaragücü” klubunun idarə heyəti hesabat iclası keçirərkən qalmaqal yaşanıb.

idarə heyətinin üzvü Əli İhsan Mutlu çıxışı zamanı klub prezidenti Mehmet Yigineri maliyyə hesabatını düzgün təqdim etməməkdə ittiham edib.

Klub prezidenti cavabında Əli İhsanı təhqir edib. Digər klub nümayəndələri Əli İhsana hücum çəkib, onu yumruq və təpiklə vurublar.

Mühafizə xidmətini Əli İhsan tədbirdən çıxarıb.