Azərbaycanda kafedə qanlı dava: başına "butulka" vurub öldürdü

13:58 | 19 İyul, 2017
Xaçmaz şəhərində qətl törədilib.
Editor.az DİN-ə istinadən xəbər verir ki, iyun ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.
Araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butulka) xəsarət yetirməsi müəyyən edilib.
S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub.