backend

"Vəhabilər metronu partladacaq" deyən şəxs: "Qardaşım ölmüşdü…."

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsindəm hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
R.Sahabov ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, həmin vaxt spirtli içkinin təsirində olub: “Hadisədən əvvəl bir həftə hər gün içirdim, qardaşım rəhmətə getmişdi. Peşmanam, nə dediyimi, niyə dediyimi də bilmədim. Onsuz da özümü təqsirli bilirəm. Dərmanla yaşayıram, məhkəməyə gedib-gələ bilmirəm”.
Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.
R.Sahabov 2016-cı ilin noyabr ayında Masazır qəsəbəsində yaşadığı evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək vəhabi təriqətinin üzvlərinin “20 Yanvar” metronstansiyasını partladacağını deyib. Araşdırma nəticəsində onun yalan məlumat verdiyi müəyyən olunub.
Ona Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə ittiham verilib.

///lent.az