Ukraynalılar Donbas konfliktinin dayanmasına qarşı çıxdıbackend

Ukraynalılar Donbas konfliktinin dayanmasına qarşı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynalıların 53,7%-i Donbasda konfliktin tam dayandırılmasına qarşı çıxış edib.
Axar.az xəbər verir ki, bu nəticə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Konfliktin bitməsini respondentlərin cəmi 25,5%-i dəstəkləyib.
Bununla belə ukraynalıların 20,8%-i Donbasdakı separatçı quruluşları terror təşkilatı kimi tanıdığını bildirib. Cəmi 14,6% respondent Donbasdakı quruluşlara Kremlin marionetkası kimi yanaşdığını açıqlayıb. Bunlara əks mövqedə olan şəxslər də aşkarlanıb. Belə ki, 13,5% insan Donbasdakı konflikti Avromaydana xalqın reaksiyası olaraq dəyərləndirdiyini, 3,8% şəxs isə separatçı respublikaları müstəqil dövlətlər kimi tanıdığını söyləyib.