Tanınmış müğənni məşhur aktyorun qardaşı qızı imiş – 12 il sonra edilən etiraf – FOTO

15:32 | 2 Noyabr, 2019

Türkiyənin qalmaqallı müğənnisi Ebru Polat açıqlaması ilə gündəmə gəlib.

Editor.az  haberler-ə istinadla xəbər verir ki, ifaçı Kadir İnanırla bağlı etiraf edib. Türkiyənin D kanalından yayımlanan “2-ci sayfa” verilişinə qatılan müğənni Kadir İnanırın doğma əmisi olduğunu söyləyib.

“Nənəm babamla münasibətləri korlandığı üçün 3 övladını uşaq evinə atıb. Vəziyyəti yaxşılaşdıqdan sonra övladlarını uşaq evindən çıxartmaq istəyərkən onlardan birinin övladlığa götürüldüyünü açıqlayıb. Kadir İnanır atama çox bənzəyir. Nənəm məni “Kadir İnanır sənin əmindir” sözüylə böyüdüb”, – ifaçı bu etirafı ilk dəfə, 12 il sonra etdiyini açıqlayıb.

Mövzunu Facebookda şərh et