Amerikalı senatordan ŞOK ETİRAF: “Soyqırım” qətnaməsini Kardaşyan qəbul etdirib”

23:52 | 2 Noyabr, 2019

ABŞ Senatının üzvü Ceki Şpeyer Nümayəndələr Palatasında bir neçə gün əvvəl qondarma “erməni soyqırımı”na dair qətnamənin qəbul edilməsinə yönəlik maraqlı məqama toxunub.

 

Türkiyə mediasının məlumatına görə, Ceki Şpeyerin sözlərinə görə, “soyqırım” qətnaməsinin qəbuluna erməni əsilli telestar Kim Kardaşyanın ciddi təsiri olub.

 

Senator ermənilərin “gizli silahı” adlandırdığı Kardaşyanın həmin qətnamənin qəbulu üçün konqresmenlərlə bir-bir görüşdüyünü, nəticədə məqsədinə nail olduğunu bildirib.

 

Kardaşyan məlum qətnamənin qəbulundan sonra sosial şəbəkə hesablarında Türkiyə və Azərbaycandan olan istifadəçilərin sərt təpkisi ilə qarşılaşan “qələbə paylaşımları” da edib. (Yenicag.az)