Sumqayıtda ağır qəza: 3 nəfər öldü

14:38 | 3 Noyabr, 2019

Sumqayıtda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə “Stansiya Sumqayıt” ərazisində qeydə alınıb.

Audi və Ravon markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.  Ölənlərdən birinin şəxsiyyəti müəyyənləşib. O, 1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızıdır.

Faktla bağlı araşdırma aparılır.