“Uşaqlar məndən üz döndərib” – Zorakılığa məruz qalan 14 yaşlı oğlan – VİDEO

14:58 | 3 Noyabr, 2019

Bərdə rayonunda fiziki və mənəvi zorakılığa məruz qalan yeniyetmənin videogörüntülərinin sosial şəbəkədə yayılması geniş müzakirələrə səbəb olub.

Editor.az bildirir ki, “Qafqazinfo”ya danışan 14 yaşlı uşaq ona qarşı yönələn zorakılıq addımının əmisi və əmisi oğlu tərəfindən törədildiyini deyib. Zərərçəkənin sözlərinə görə, buna səbəb onun doğmaları ilə arasında yaşanan anlaşılmazlıq olub.

O, baş verənlərin ona psixoloji təsir etdiyini bildirib:

“Pis baxırlar. Məni həmişə görüb salam verən uşaqlar məndən üz döndərib”.

Hadisənin təfərrüatları ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

 

Mövzunu Facebookda şərh et