İstanbulla bağlı şok proqnozbackend

İstanbulla bağlı şok proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits növbəti dəfə Türkiyədə qeydə alınan seysmik fəallıqlar barədə danışıb.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, alim bir qədər əvvəl Türkiyənin İstanbul şəhərində qeydə alınan 5.8 ballıq zəlzələnin daha böyük yeraltı təkanların xəbərçisi olduğunu söyləyib.

Hugerbitsin sözlərinə görə, gözlənilən zəlzələnin gücü 6-7 bal arasında ola bilər. Zəlzələnin təsir zonası yalnız İstanbul şəhəri ilə məhdudlaşmır, belə ki, dəhşətli zəlzələ həmçinin İzmir və Ankara kimi böyük şəhərlərdə də hiss ediləcək. Bundan əlavə hollandiyalı alim Türkiyənin qonşuluğundakı Bolqarıstan, Yunanıstan və Rumıniyada da zəlzələnin hiss edilməsi istisna etməyib. Bu çərçivədə hər 3 ölkəyə tədbirlərin gücləndirilməsini tövsiyə edib. Alim həmçinin Pakistanda və İranda baş verən zəlzələləri xatırladaraq bu bölgədə də seysmik aktivliyin müşahidə olunduğunu qeyd edib.