Salyanda 13 yaşlı oğlan qarpız daşıdığı "Muravey"i aşırdı və…

18:05 | 19 İyul, 2017
Salyan şəhərinin 20 Yanvar küçəsində 13 yaşlı oğlan idarə etdiyi “Muravey” markalı motosikleti aşırıb.
Salyan şəhəri, 20 Yanvar küçəsində yaşayan 2004-cü il təvəllüdlü Nəcəfov Nihad Səfər oğlunun idarə etdiyi qarpız dolu kiçik tutumlu yük motosikleti hərəkətdə olarkən aşıb.
Nihad və qardaşı bu motosikletlə qarpız daşıyaraq məhəlləarası satmaqla məşğul imiş.
Hadisə nəticəsində sağ oturaq sümüyüynün və bud sümüyünün sınıqları xəsarəti alan Nihad Nəcəfov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
///virtualaz.org