Ərdoğandan kritik Suriya açıqlaması: “Bizi aldada bilməzlər, terrorçular çıxmayıb…”

17:01 | 5 Noyabr, 2019

“ASALA bundan əvvəl 40-a yaxın diplomatımızı qətlə yetirdi. Amma təəssüf ki, nə Qərb, nə də Amerika bu erməni terror təşkilatına səsini çıxarmadı”.

ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qətnamə haqda danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.

Ərdoğan Türkiyənin Suriyada keçirdiyi anti-terror əməliyyatlarından ölkəsinə qarşı təzyiq vasitəsi kimi istifadə edilməsindən təəssüfləndiyini bildirib:

“Suriyada terror aktları artanda bütün dünyadan kömək istədik. Təklif etdim ki, gəlin Suriya sərhədlərində təhlükəsizlik zonası quraq, hamı bunu nəzəri olaraq qəbul etsə də, kimsə qılını da tərpətmədi. Terrorçuların özbaşınalıqları artan kimi yenidən müraciət etdik, bundan sonra dəstək vermək yerinə, sərhədlərdəki hava hücumundan müdafiə sistemlərini də söküb apardılar”.

Türkiyə prezidenti Suriyada həyata keçirilən anti-terror əməliyyatlarının başa çatacağı tarixi açıqlayıb:

“Türkiyə Suriya və İraq ərazilərində bir terrorçu qalmayana qədər əməliyyatları davam etdirəcək. ABŞ və Rusiya ilə əldə edilmiş anlaşmalara sadiqik. Onların verdiyi vədləri yerinə yetirməsini istəyirik.

Bizi “terrorçular çıxıb” deyə aldada bilməzlər. Bu bölgədə hələ də terrorçular var, bunu sakit şəkildə seyr etməyəcəyik. Nə lazımdırsa, onu edəcəyik. Bunu nə “S-400”, nə də “F-35”-lərlə əlaqələndirmək məntiqli deyil”.

//Teleqraf