Şeyma sevgilisinin oğlu ilə birlikdə fotosunu paylaşıb

17:28 | 5 Noyabr, 2019
Keçən il TV8-in rəhbəri Acun Ilıcalı ilə yollarını ayıran Şeyma Subaşı İtalyan DJ Quido Senia ilə eşq yaşamağa başlamışdı.
Axşam.az xəbər verir ki, sosial şəbəkədə tez-tez paylaşım edən Şeyma, bu dəfə də izləyicilərini təəccübləndirib. O, sevgilisinin oğlu ilə birlikdə fotosunu paylaşıb.
Paylaşıma “Balaca Senia” yazan fenomen ailə ilə mehriban münasibətdə olduğunu hər kəsə nümayiş etdirib. İzləyicilər isə Şeymanı qızı ilə daha çox vaxt keçirməyə çağırıblar.
Qeyd edək ki, onun Acunla evliliyindən olan 6 yaşlı qızı Melisa ilə maraqlanmadığı, səyahətə və əyləncəyə üstünlük verməsi izləyiciləri hiddətləndirib. Belə ki, gənc qadın nə məktəbin ilk günü, nə də doğum günündə Melisanın yanında olmayıb.