Tacikistan – Özbəkistan sərhədində atışma: 15 silahlı məhv edildi

13:15 | 6 Noyabr, 2019

Tacikistan – Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına silahlı hücum edilib.  

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, 20 silahlı şəxs Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib.

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb.

Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.