“Liverpul” 24 saat ərzində 2 oyun keçirəcək

15:23 | 6 Noyabr, 2019
“Liverpul” 24 saat ərzində 2 oyun keçirəcək.
Editor.az fanat.az-a istinadən xəbər verir ki, İngiltərə klubu dekabrın 17-də Liqa Kubokunun 1/4 final mərhələsində “Aston Villa”nı sınağa çəkəcək.
Ayın 18-də isə klublararası dünya çempionatının yarımfinal matçına çıxacaq.
“Qırmızılar” İngiltərənin Birmingem şəhərində “Aston Villa” ilə oynadıqdan 24 saat sonra Qətərin paytaxtı Dohada oyuna çıxacaq.