Meriya icazə versə də, Müsavat mitinq keçirməyəcək

15:52 | 6 Noyabr, 2019
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.
BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinq keçirilməyəcək.
Bu barədə APA -ya partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
O bildirib ki, Müsavat Partiyası noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 yer təklif etmişdi: “Lakin Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz sayırıq və buna etiraz olaraq İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəyik. Noyabrın 12-də BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndərəcəyik”.