Ərdoğanla Tramp görüşəcək – Nəyi müzakirə edəcəklər?

12:43 | 7 Noyabr, 2019
 Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla görüçəcək. 
Editor.az «lefigaro.fr»ə istinadən xəbər verir ki,görüş noyabrın 13-də Vaşinqtonda baş tutacaq.
Məhz bu məqsəd üçün növbəti həftə R.T.Ərdoğan D.Trampın dəvəti ilə Amerikaya səfər edəcək. Bu barədə Türkiyə prezidentinin özü məlumat verib. O qeyd edib ki, bu iki ölkə arasında gərginlik şiddətlənib. 
Ötən gün telefonla danışan liderlər noyabrın 13-də görüşəcəklərini qərarlaşdırıblar.
Görüş zamanı Suriyadakı vəziyyət və ABŞ Konqresi Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qanun layihəsi məsələsi ətrafında müzakirələr aparılacaq.
Bu barədə Donald Tramp da öz Tvitter hesabında yazıb:
Cənab Ərdoğanla telefonda çox yaxşı danışığımız oldu. Türkiyə Suriya sərhədlərində baş verənlərə toxunduq. Bölgədə terrorizmin ləğvi, kürdlər və bir çox digər mövzularda düşmənçilik məsələlərinə son qoyulası barədə müzakirə apardıq.