Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib – Onlardan 3-ü ölüb

13:24 | 7 Noyabr, 2019

İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.

bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib.

Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib.

Aparılan əməliyyat çərçivəsində 4 nəfər saxlanılıb. Spirtli içkilərin hazırlanmasında istifadə olunan 1 473 litr metanol aşkarlanaraq götürülüb.

//Trend