ABŞ F-16-sı səhvən Yaponiyanı vurdu

14:33 | 7 Noyabr, 2019
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı təlim uçuşu zamanı səhvən Yaponiyanın Aomori prefekturasına mərmi atıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaponiyadakı Hərbi Komandanlığı informasiya yayıb.
Məlumata görə, raket Rokkase kəndi yaxınlığında uçuşların keçirilməsi üçün nəzərdə tutulan ərazidən bir neçə kilometr aralı düşüb.
Hadisə zamanı hər hansı dağıntı və ya kiminsə xəsarət alması barədə hələlik informasiya yoxdur.