backend

Deputatın ünvanına ağır ittihamlar- ŞİKAYƏT+VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rüstəm Xəlilov qardaşımı və oğlumu qanunsuz həbs etdirib”
Şamaxı şəhəri Cəlil Məmmədquluzadə 21 üvanında yaşayan Cəbrayılov Ağamikayıl Oruc oğlu mediaya müraciət ünvanlayıb. Şikayətçi Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlu Cəbrayılov Kazım və qardaşı, yenə kənddə müəllim işləyən Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunması ilə bağlı narazılığını bildirir. Onun sözlərinə görə, hər iki müəllimi Sabirabad rayonundan deputat Rüstəm Xəlilov və onun qardaşı, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Ağəli Xəlilov həbs etdirib: “Hər iki harınlamış məmur rayonda qoçuluq edir. Bütün güc strukturlarına təzyiq edən bu məmurlar bizim ailəmizə qənim kəsilib.
Qardaşımın və oğlumun həbsindən sonra da ürəyi sakitləşməyən bu məmurlar indi də onların ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonu Nizami kəndindən köçmələrini tələb edir. Rayonda qoçuluq edən deputat Rüstəm Xəlilov qohumları vasitəsilə mesaj göndərib ki, kənddən köçməyəcəkləri tədqirdə oğlumun və qardaşımın həbsdən azad olunmasına imkan verməyəcək. Məni bu yaşımda yollarda qoyublar. Mətbuat vasitəsilə ölkə başçımız cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Ramil Usubovdan, baş prokuror cənab Zakir Qarolovdan, qardaşım və oğlumun qanunsuz həbsinin araşdırılmasını və bu işin sifarişçisi olan deputat Rüstəm Xəlilovun əməllərinə qanun çərçivəsində qiymət verilməsini xahiş edirəm. Qardaşım və oğlumun ailəsi bu 2 məmurun qorxusu altında yaşayır.
Qeyd edim ki, Rüstəm Xəlilovun qardaşı oğlu polis orqanlarında işləyib. Hal-hazırda sığınacaq alaraq Azərbaycanı tərk edib. Onun ölkədən qaçma səbəbi isə qanunsuz olaraq narkotik vasitələri əkib-becərilməsi olub. Tutulacağını bilib ölkəni tərk edib. Dövlətimizi satan biri indi bizi yurdumuzdan çıxartmağa çalışır”.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
//reportyor.org