“Bağdadinin uşağı da əlimizdədir” – Ərdoğan

17:16 | 7 Noyabr, 2019

Ötən gün İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin xanımı, bacısı, yeznəsi və digər ailə üzvlərinin saxlanıldığını açıqlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri öncəsində yeni məlumatları bölüşüb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Bağdadinin xanımı 1-1,5 ildir ki, Türkiyənin əlində olub.

“Bağdadinin yaxın ətrafı daha çox ölkəmizi hədəf almışdı. Sonuncu dəfə Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında bacısının əri və uşağı tutulmuşdu. Həyat yoldaşı da 1-1,5 il idi ki, əlimizdə idi. Onun yanında uşağı da olub. Bu, DNT analizi ilə öz təsdiqini tapıb”, – Ərdoğan bildirib.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 27 oktyabrda Suriyada keçirilmiş əməliyyat zamanı öldürülüb.