Azərbaycanda ana azyaşlı övladı ilə yoxa çıxdı

13:30 | 8 Noyabr, 2019

Daşkəsən rayonunda ana və azyaşlı övladı itkin düşüb.

Hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Ellazəliyev Asif Qurban oğlu Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı Ellazəliyeva Suğra Tofiq qızı azyaşlı övladı Ellazəliyeva Zeynəblə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

///Oxu.Az