Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək

14:14 | 8 Noyabr, 2019

Sabah, noyabrın 9-u səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Bu barədə Editor.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.