Bakıda qız qrup halda cinsi əlaqədə olmaqdan imtina edən rəfiqəsini öldürdü – TƏFƏRRÜAT

03:27 | 9 Noyabr, 2019

Bakıda rəfiqəsini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Samirə Məmmədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, qətl Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olan evdə baş verib.

Vəfa Səlimova kirayə qaldığı evdə rəfiqəsi Samirə Məmmədovaya oğlanlarla münasibət qurub, cinsi əlaqədə olmağı təklif edib. Buna etiraz edən Samirə Məmmədova onunla qalmaq istəmədiyini deyib. Paltarlarının bir qismini toplayıb və anasının yaşadığı evə gedib.

Bundan sonra Samirə Məmmədova ilə Vəfa Səlimovanın münasibətləri pozulub.

Hadisə günü Samirə Məmmədova Vəfa Səlimovaya birlikdə kafeyə getmək barədə razılaşıb.

Vəfanı evdən götürmək üçün Samirə tanışı Samir Bağırovla birlikdə sonuncuya məxsus “Mercedes-Benz Vito” markalı avtomobillə yola çıxıblar, Vəfanın olduğu kirayə ev istiqamətində gəliblər.

Yolda Samirə Məmmədova Vəfa Səlimovanı tanışı Orxan Sultanovun “VAZ 2106” markalı avtomobilində görüb.

Samirə Vəfaya zəng vurub və ondan paltarını dəyişmək üçün kirayə qaldıqları evin açarını istəyib. Lakin Vəfa Səlimova evin açarını verməkdən imtina edib, sonra Samirə Məmmədovanı və ailə üzvlərinin ünvanına söyüş söyüb.

Bu səbəbdən onların arasında münqasibət daha da gərginləşib. Samirə Məmmədova tanışının avtomobilidən düşüb və Vəfa Səlimovanın oturduğu avtomobilə yaxınlaşıb.

Samirə əvvəlcədən götürdüyü bıçaqla “VAZ 2106” markalı avtomobilin içərisində Vəfa Səlimovanı vurub. Ürək nahiyəsindən xəsarət alan Vəfa Səlimova hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Samirə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Məmmədova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Samirə Məmmədova apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samirə Məmmədovanın şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Samirə Məmmədova kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Kasasiya şikayəti təmin olunmayıb.