ABŞ Mərkəzi Komandanlığı: “İranın vurduğu PUA bizə məxsus deyil”

03:44 | 9 Noyabr, 2019
İranın hava məkanında vurulan pilotsuz uçuş aparatı (PUA) ABŞ Silahlı Qüvvələrinə məxsus deyil.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
“İranın hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı yayılan informasiyalar yanlışdır”, – deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, bu gün İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub.