Əsədin qohumları Moskvada obyektlər alır: 40 milyon dollar…

20:47 | 11 Noyabr, 2019

Suriya Prezidenti Bəşər Əsədin ailə üzvləri müxtəlif illərdə Moskvada 19 elit daşınmaz əmlak alıb.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, Əsəd ailəsinin daşınmaz əmlakının 40 milyon dollar olduğu vurğulanıb. Əmlakın 2013-2019-cu illər arasında əldə edildiyi qeyd edilib.

Obyektlərdən 13-nün Bəşər Əsədin yaxın qohumu Hafiz Mahluf və onun nəzarətindəki şirkətlər tərəfindən əldə edildiyi bildirilib. Daha iki obyektə isə Əsədin digər qohumunun həyat yoldaşının sahib olduğu iddia edilib.

Mövzunu Facebookda şərh et