Nazarbayev Putinlə Zelenskini görüşdürür

12:30 | 12 Noyabr, 2019
Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Rusiya və Ukrayna liderlərləri arasında Qazaxıstanda danışıqlar aparılmasını təklif edir.
“RİA Novosti” yazır ki, N.Nazarbayev Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüyünü bildirib.
“Mən cənab Zelenski ilə görüşdüm, onu dinlədim. Ötən gün isə bu problemi necə həll etmək mövzusunda Vladimir Putinlə danışdım”, – deyə N.Nazarbayev əlavə edib.
Onun sözlərinə görə, Ukrayna lideri artıq “neytral məkanda” görüşə razılıq verib.