backend

Jurnalistlər üçün üçüncü binanın təməli qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməl qoyma mərasimində iştirak edib.
Dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq.
Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq.
Sonra xatirə şəkilləri çəkdirilib.