Prezident Suraxanı rayonunun icra başçısını işdən çıxardı – SƏRƏNCAM

12:51 | 12 Noyabr, 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.N.Abbasovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Editor.az  xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.