Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətində yeni təyinat-AYNA ƏLİXANOVA İCRAÇI DİREKTOR OLDU

17:17 | 13 Noyabr, 2019

Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətində yeni kadr dəyişikliyi olub. Cəmiyyətin İdarə Heyətinin qərarına əsasən Əlixanova Ayna Vaqif qızı ictimai birliyin icraçı direktoru təyin edilib. Təyinatla bağlı Editor.az-a açıqlama verən Ayna Əlixanova bildirib ki, ixtisasca filoloq tərcüməçi olduğu üçün İsrail tarixi və mədəniyyəti, Azərbaycan İsrail münasibətləri ilə bağlı çoxsaylı araşdırmalar aparıb: “Azərbaycanla İsrail arasında olduqca sıx və geniş əlaqələr mövcuddur. Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətində fəaliyyətimiz zamanı iki ölkə arasındakı əlaqələrə gənclər siyasəti sahəsində töhfə verməyə çalışacağıq”.

Qeyd edək ki, Ayna Əlixanova Bakı Dövlət Universitetinin “İbri dili və ədəbiyyatı ixtisasını bitirib. Daha sonra təhsilini Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Azərbaycan dili və Ədəbiyyatı” ixtisasında davam etdirib. Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər ixtisasını, Belarus Dövlət Pedoqoji Universitetinin magistratura pilləsini bitirib. Eyni zamanda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantıdır.

“Xabad-Or-Avner” yəhudi məktəbində ibri dili üzrə müəllimə kimi çalışıb. Hazırda Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllimidir.

Bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı,bir sıra mükafatların laureatıdır.