Müəllim qıza yazdığı bu mesaja görə işdən qovuldu – FOTO

15:48 | 14 Noyabr, 2019

İntim mesajlarını səhvən şagirdlərinə oxutduran müəllim işdən qovulub.

İngiltərənin Nottinqhemşir qraflığında yerləşən “Vision West Nottinghamshire” kollecində dərs deyən müəllimin e-mailinə gələn mesajlar səhvən lövhədə göründüyünə görə vəzifəsindən kənarlaşdırılıb.

Həmin anlar şagirdlərin diqqətindən yayınmayıb. Onlar lövhədə görünən mesajın şəklini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Görüntülər qalmaqal yaradıb və araşdırmalar aparılıb. Nəticədə kollecin sosialogiya müəllimi işdən çıxarılıb.

Müəllimin adı müəyyən səbəblərə görə açıqlanmır.