Mbappenin sevgilisi olan gözələ gözü düşdü – FOTO

17:18 | 14 Noyabr, 2019

PSJ-nin ulduzu Kilian Mbappe “Elite” serialının aktrisası Ester Ekspositonu hədəfə alıb.

Editor.az fanat.az-a istinadən xəbər verir ki, fransalı ulduz ispan gözəlin sosial mediada paylaşdığı fotoları bəyənməyə başlayıb.

Onun bu hərəkəti futbolçu ilə aktrisa arasında münasibətlərin başlamasına işarə kimi dəyərləndirib. Lakin bəziləri Mbappenin Esterə olan hisslərinin təktərəfli oluduğunu qeyd edib. Belə ki, aktrisa bir müddətdi serialda tanış olduğu Alvaro Riko ilə birlikdədi.

Hətta “Real” azarkeşləri Mbappeni 19 yaşlı aktrisa ilə “romantik günlər” yaşamaq üçün Madrid klubuna transfer olunmağa çağırıb.