İlham Əliyev onlara fəxri ad verdi

17:57 | 14 Noyabr, 2019
Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar incəsənət xadimi”
Maqomedov Cambulat Musayeviç
“Əməkdar artist”
Hacıyeva Fatimə Taqirovna
Xadulayev Mutay Xadulayeviç.