Rusiyada adam öldürdü, Ukraynada deşik-deşik etdilər – Azərbaycanlının dəhşətli qətlinin detalları

16:02 | 20 İyul, 2017
Ukraynanın paytaxtı Kiyevdə güllələnərək öldürülən azərbaycanlı Asif Məmmədovla bağlı bəzi məqamlara aydınlıq gəlib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Məmmədov 3 il bundan əvvəl Rusiyanın Novokuznetsk şəhərində  50 yaşlı bir Azərbaycan vətəndaşını qətlə yetirib. Hadisə şəhərdəki “Uyut” otelində baş verib. Məmmədov həmyerlisinə tapançadan atəş açaraq bir neçə güllə vurub.
Bundan sonra hadisə yerindən qaçan Məmmədov Rusiyanın bir neçə şəhərində gizlənib. Artıq ələ keçəcəyini anladıqdan sonra isə Ukrayna sərhədlərini keçərək Kiyevdə məskunlaşıb.
Məmmədov Kiyev metropoliteninin “Çerniqov” stansiyası yaxınlığındakı “Prospekt” əyləncə mərkəzinin qarşısında öldürülüb. Ona atəş açan iki nəfər olub. Killerlər Məmmədova ümumilikdə 20 güllə vurublar.