Vilayət Eyvazov Rüfət Məmmədovu rəis müavini təyin etdi

21:50 | 14 Noyabr, 2019
Ağcabədi polisinə yeni rəis müavini təyin olunub
Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Rüfət Məmmədov Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur.