Qatarın altında ikiyə bölünən gənc barədə məlumat: “Deyibmiş ki…”

21:57 | 14 Noyabr, 2019

Xaçmazda qatarın vurub öldürdüyü gənclə bağlı yeni məlumatlar üzə çıxıb.

Çarxı kənd bələdiyyəsindən Lent.az -a verilən məlumata görə, 20 yaşlı Mehdiyev Ağacan Maqsud oğlu özünü qatarın altına atıb. Onun hansı səbəbdən bunu etdiyi isə hələki dəqiq bilinmir:

“Ağacan Mehdiyevin özünü qatarın altına atdığını deylir. Amma hansı səbəbdən bu əməli törətdiyi dəqiq bilinmir. Qohumlar və qonşular Ağacanın hələ iki-üç gün əvvəl özünü qatarın altına atmaq fikrinə düşdüyünü söylədilər. Dəqiq bilmirik, əsəb problemi var imiş, yoxsa yox. Hələ ki, bunu hansı səbəbdən etdiyini deyəbilmərik”.

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.

hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.

//APA