“WHATSAPP” BU İSTİFADƏÇİLƏRİ BLOKLAYACAQ

00:39 | 15 Noyabr, 2019

“Whatsapp” bu dəfə yeni bir qərarla gündəmə gəlib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, platforma şübhəli bildiyi qruplardakı istifadəçiləri birdəfəlik əngəlləyəcək.

Məlumata görə, proqram rəhbərliyi adını, açıqlamalarını şübhəli kimi dəyərləndirdiyi qrupları da bağlayacaq. Belə qrupların istifadəçilərinin isə platformaya girmələri mümkün olmayacaq. Onlara xidmət şərtlərini pozmaları barədə bildiriş göndəriləcək.

Whatsapp məsələylə bağlı bloq yazısında maşın öyrənmə texnologiyası ilə qrupların incələndiyini və uşaq istismarına əngəl olmaq üçün bu addımın atıldığını bildirir.