Sabahdan məktəblilərin payız tətili başlayır

09:55 | 15 Noyabr, 2019

Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

Editor.az xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətil noyabrın 16-dan 20-dək davam edəcək.

Noyabrın 21-də dərs olacaq.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.